"Formula" keçirilən ərazidə yaşayanlara icazələr verilir

   "Formula" keçirilən ərazidə yaşayanlara icazələr verilir
  03 İyun 2022    Oxunub:1360
Vətəndaşlar "Yaşayış Yerinə Giriş İcazəsi" sənədinin paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər.
AzVision.az əbər verir ki, bunu jurnalistlərə açıqlamasında BŞH-nın mətbuat katibi Turab Teymurov deyib.

Qurum rəsmisi bildirib ki, bu sənədi əldə etmək üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət edə bilərlər:

- Zona 1-İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, tel: (012) 492-24-27
-Zona 2- Mənzil-Kommunal və İstismar İdarəsi N4, tel: ( 012) 498-88-06
- Zona 3- Mənzil-Kommunal İstismar İdarəsi N58, tel: (012) 492-41-85".

T.Teymurov əlavə edib ki, "Yaşayış Yerinə Giriş İcazəsinin"paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti