Putin: “Dünyadakı vəziyyət mürəkkəb və çətin olaraq qalır”

      Putin:    “Dünyadakı vəziyyət mürəkkəb və çətin olaraq qalır”
  03 İyun 2022    Oxunub:890
“Dünyadakı vəziyyət mürəkkəb və proqnozlaşdırmaq çətin olaraq qalır, ona görə də təhlükəsizliyin möhkəmlənməsinə və Rusiyanın mütərəqqi inkişafına töhfə verən müasir yanaşmalar axtarmaq lazımdır”.
Bu sözlər Rusiya prezidenti Vladimir Putinin ölkənin Təhlükəsizlik Şurasının 30 illiyi münasibətilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının aparatının əməkdaşlarına və üzvlərinə ünvanlanan müraciətində qeyd olunub.

Onun sözlərinə görə, bu gün Rusiya Təhlükəsizlik Şurasının səriştəli, məsuliyyətli və çoxşaxəli işi xüsusilə tələb olunur. O, qurumun dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, səmərəli sosial-iqtisadi və regional siyasətin inkişafına töhfəsini önəmli adlandırıb.

Dövlət başçısı qeyd edib ki, son illər Rusiyanın daxili və xarici təhlükələrdən qorunması, suverenliyinin təmin edilməsi və ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi məsələləri bu ən mühüm konstitusiya qurumunun diqqət mərkəzində olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Putin  



Xəbər lenti