Orduda topoqrafların döyüş hazırlığı yoxlanılıb
Daha sonra şəxsi heyətin iştirakı ilə ərazidə səmtləşmə, Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir avadanlıq və proqram təminatından istifadə etməklə topogeodeziya təminatı üzrə tapşırıqlar praktiki icra olunub. Şəxsi heyətin nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılıb, qiymətləndirmə aparılıb.
Görülən tədbirlərin əsas məqsədi topoqrafiya ixtisaslı hərbi qulluqçuların bilik və bacarıqlarını təkmilləşdirmək, hərbi topoqrafiya ixtisasını müasir tələblər səviyyəsində təşkil etmək, habelə topogeodeziya təminatı tapşırıqlarını operativ şəkildə yerinə yetirməkdir.
AzVision.az
Teqlər: MN







Vaxtında, Aydın, Lazımlı!


