Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb - FOTO

 Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb -    FOTO
  03 İyun 2022    Oxunub:1082
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Norveçin Azərbaycandakı qeyri-rezident səfiri Erlinq Skyonsberqlə görüşüb.
AzVision.az xəbər verir ki, norveçli diplomat bu barədə "Twitter"də bildirib.

“Fikir mübadiləsinə görə Hikmət Hacıyevə minnətdaram. Norveç sülhün olduğu, firavan Cənubi Qafqazı dəstəkləyir”, - o qeyd edib.

Qeyd edək ki, Norveçin Azərbaycandakı səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir.

AzVision.az


Teqlər:



Xəbər lenti