İrəvanda etirazçılar polisə hücum etdi, 38 nəfər yaralandı -VİDEO+YENİLƏNİB

  İrəvanda etirazçılar polisə hücum etdi,  38 nəfər yaralandı -VİDEO+YENİLƏNİB
  03 İyun 2022    Oxunub:1902
İrəvanda etirazçılarla polis arasında baş verən toqquşmalarda 38 vətəndaş xəsarət alıb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralananlar arasında polis əməkdaşlarının da olduğu qeyd edilib.
***
İrəvanda polislə etirazçılar arasında toqquşma olub

AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, aksiya iştirakçıları təhlükəsizlik qüvvələrinə hücum edib. Məlumata əsasən, xüsusi təyinatlılar Paşinyanın iqamətgahı yaxınlığındakı etirazçılara qarşı səs-küylü qumbaraatanlardan istifadə edib. Toqquşmada 20-yə yaxın insanın xəsarət aldığı deyilir. Onların arasında polis əməkdaşları da var.



Aksiya zamanı müxalifətdən olan deputatlar hökumət binasına doğru yürüş edib və bütün girişləri mühasirəyə alıblar. Bu zaman polislə etirazçılar arasında toqquşma baş verib.

AzVision.az



Teqlər:



Xəbər lenti