RİA-nın hərəkəti müttəfiqliyə ziddir - XİN rəsmisi

   RİA-nın hərəkəti müttəfiqliyə ziddir -    XİN rəsmisi
  04 İyun 2022    Oxunub:2116
"Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur".
“National Geographic” Azərbaycanda sənədli serial çəkir │ VİDEO
Bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edilən Artak Beqlaryanın Rusiyanın “RİA-Novosti” agentliyinə müsahibəsini şərh edərkən deyib.

"Dövlət agentliyinin bu addımı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli, Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin, “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə”müddəaları ilə ziddiyyət təşkil edir. RİA-Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır", - L.Abdullayeva bildirib.



Teqlər: RİA   Rusiya  



Xəbər lenti