Koçaryanın dostunu döydülər

   Koçaryanın dostunu döydülər
  04 İyun 2022    Oxunub:1445
Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryanın oğlu Levon Koçaryan yaxınlarının təxribatla üzləşdiklərini iddia edib. AzVision.az xəbər verir ki, o, dostunun polis tərəfindən döyülməsi barədə məlumat yayıb.
Koçaryanın oğlu saxlanıldı - VİDEO
- Dostum Sergey Asaturov polisin təxribat və repressiyası, güc işlətməsindən sonra Fransa meydanından kəllə-beyin travması ilə gətirdilə. Daha sonra ona qarşı polis tərəfindən yalan ifadə verilib. Dostumu həbs etmək qərarına gəliblər. Birinci Qarabağ müharibəsində atasını itirən Sergey Ermənistan uğrunda ürəkdən və fədakarlıqla mübarizə aparır. Əgər onlara elə gəlirsə ki, bu cür təhqirlərlə bizi sındıra biləcəklər, deməli, ciddi şəkildə yanılırlar.

Xatırladaq ki, müxalifət aprelin 25-dən başlayaraq baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiya və yürüşlərində Azərbaycan əraziləri ilə bağlı təxribatçı çağırışlar da edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Koçaryan   Polis   Ermənistan  



Xəbər lenti