İstanbulda azərbaycanlı qadın ayağından güllələndi

   İstanbulda azərbaycanlı qadın ayağından güllələndi
  04 İyun 2022    Oxunub:891
Ötən gün saat 22:00 radələrində İstanbulun Avcılar rayonundakı Dənizköşklər məhəlləsində naməlum şəxs tərəfindən Azərbaycan vətəndaşı Hüsniyyə Bayramovaya tapança ilə atəş açılıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb. Açılan atəş nəticəsində Hüsniyyə Bayramova ayağından yaralanıb. O, təcili yardımla Sadi Konuk Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Hadisə zamanı Bayramovanın yanında olan qadın dindirilmək üçün polis bölməsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Türkiyə  



Xəbər lenti