Mətbuat Şurası: "RİA Novosti"nin fəaliyyəti təəssüf doğurur
Məlum müsahibə Azərbaycan cəmiyyətində haqlı narazılıq, hətta hiddət və qəzəb doğurub. Buna görə adekvat cavab addımı kimi "Ria novosti"nin Azərbaycan ərazisində yayımı dayandırılıb. Tolerant, söz və ifadə azadlığına, plüralizmə dəyər verən Azərbaycanda belə bir tədbirin görülməsi günün tələbidir, zərurətdir. Separatizmi təbliğ etməklə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət qoymayan digər KİV-lər də bundan nəticə çıxarmalıdırlar.
"Ria novosti" Rusiyanın Ermənistanla Azərbaycan arasındakı münaqişəli durumun aradan qaldırılması istiqamətindəki təşəbbüslərinə zidd mövqeyi rəsmi Moskvanın sözügedən missiyasının səmimiliyinə də ciddi şübhələr yaradır, qənaət formalaşdırır ki, ölkə bölgədə sülhün və əminamanlığın qərarlaşmasında maraqlı deyil.
Azərbaycan Mətbuat Şurası Rusiyanın KİV-nə, ümumiyyətlə ölkənin media ictimaiyyətinə müraciət edərək Rusiya-Azərbaycan münasibətlərinə zidd, Rusiyaya etimadı, onun bölgədəki nüfuzunu sarsıdan fəaliyyətdən uzaq durmağa çağırır. Bir həqiqət mütləq şəkildə dərk olunmalıdır ki, jurnalistika fəaliyyəti heç bir halda beynəlxalq hüququn norma və prinsiplərinə sayğısızlıq üzərində qurulmamalıdır. Azərbaycan cəmiyyəti, bu cəmiyyətin mühüm tərkib hissəsi, önəmli ictimai institutu sayılan ölkə mediası mehriban qonşuluq münasibətlərinə xələl gətirən hallara dözümlü qala bilməz. İstərdik ki, eyni yanaşmanı, Rusiya və Azərbaycan arasındakı dostluq, mehriban qonşuluq əlaqələrinə kölgə salan meyllərə qarşı cəbhə açmaq əzmini çoxillik ənənələrə malik Rusiya mediasından da görək. İndiki şəraitdə bu, yalnız istək və arzu deyil, həm də müstəsna peşəkarlıq tələbidir”.
AzVision.az
Teqlər: MŞ







Vaxtında, Aydın, Lazımlı!


