Murad Arifin evinə girən ayı balası Reabilitasiya Klinikasına təhvil veriləcək

  Murad Arifin evinə girən ayı balası Reabilitasiya Klinikasına təhvil veriləcək
  04 İyun 2022    Oxunub:1392
Sumqayıt şəhərinin Saray bağları ərazisində sakinlərin həyətinə daxil olan ayı balası Abşeron Rayon Polis İdarəsinin, Saray Polis bölməsinin əməkdaşları tərəfindən götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.
AzVision.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. O qeyd edib ki, hazırda ayı balasının Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilməsi üçün tədbirlər görülür.

"Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq".

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Saray bağları ərazisindəki həyətlərə ayı balasının daxil olması ilə bağlı görüntülər yayılmışdı.

Xatırladaq ki, bəstəkar-müğənni Murad Arifin Bakıdakı bağ evinin həyətinə ayı balası girib. Bu haqda sənətçi sosial şəbəkədə paylaşım edib.

AzVision.az


Teqlər:



Xəbər lenti