Erməni deputat polislərin aksiyadakı "əl işi"ni yaydı

   Erməni deputat polislərin aksiyadakı "əl işi"ni yaydı
  04 İyun 2022    Oxunub:1678
Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Lilit Qalstyan dünən gecə İrəvanda baş verən xaos haqqında danışıb. AzVision.az xəbər verir ki, yerli mediaya açıqlama verən deputat polislərin vətəndaşlara divan tutmasından gileylənib.
İrəvanda polis etirazçılar əvəzinə həmkarlarına atəş açdı - VİDEO
- Dünən axşam saat 10-dan gecə yarısına kimi Proşyan-Dəmirçiyan küçələrində polis qüvvələri tərəfindən törədilən vəhşiliklər, qeyri-insani hərəkətlər və işgəncələrdən sonra vətəndaşlar Arabkir-Kentron polis bölməsinə aparıldılar. Mən də polis bölməsində olmuşam. Orada olan 9 vətəndaşdan üçü ağır bədən xəsarətləri almışdı. Onlarda qol sınığı, gözlərin zədələnməsi, diş protezlərinin sınması, ağır böyrək zədəsi və s. xəsarətlər var idi. Üç nəfər xəstəxanaya yerləşdirilib, - deputat deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Mitinq   Deputat  



Xəbər lenti