ABŞ-da ticarət mərkəzində baş verən atışmada yaralananlar var

ABŞ-da ticarət mərkəzində baş verən atışmada yaralananlar var
  04 İyun 2022    Oxunub:2010
ABŞ-ın Arizona ştatının Feniks şəhərində ticarət mərkəzində atışma baş verib.
AzVision.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Atışma nəticəsində azı 9 nəfər yaralanıb. Zərərçəkənlərdən üçü həyati təhlükəsi olan xəsarətlər alıb. Polisin məlumatına görə, yaralıların yaşı 17-24 arasındadır.

İnsident 100-ə yaxın insanın olduğu ticarət mərkəzində qeydə alınıb.

Məlumata görə, yaxınlıqdakı küçələr bağlanıb, araşdırma aparılır.

AzVision.az



Teqlər: ABŞ   Atışma  



Xəbər lenti