Erməni brakonyerlər nadir heyvanı öldürüb kanala atdılar

   Erməni brakonyerlər nadir heyvanı    öldürüb kanala atdılar
  06 İyun 2022    Oxunub:1354
Ermənistanda brakonyerlər nadir heyvanları ovlayıblar. xəbər verir ki, bu barədə kriminal xəbər saytı "Shamshyan" məlumat yayıb.
Qeyd edilir ki, brakonyerlər Xosrov meşəsində Qırmızı kitaba düşən "bezoar" keçisini öldürüblər.

Nəşrin məlumatına görə, Vəhşi Təbiəti və Mədəni Əmlakın Mühafizəsi Fondunun əməkdaşı Manuk M. iyulun 2-də polisə bununla bağlı məlumat verib. Nadir heyvanın leşi Arpa-Sevan bəndinin yaxınlığındakı kanaldan tapılıb.
Bezoar keçisi ev keçilərinin əcdadı sayılır. Ermənistanda bezoar keçisinin Qafqaz yarımnövü var ki, onların sayı cəmi minə yaxındır.

Tural Tağıyev


Teqlər: Ermənistan  



Xəbər lenti