Qərb mediası Ukrayna müharibəsi haqqında nələri yazır?

      Qərb mediası    Ukrayna müharibəsi haqqında nələri yazır?
  06 İyun 2022    Oxunub:2852
Dünyanın aparıcı media orqanları Ukrayna müharibəsinə dair yeni və diqqət çəkən məqalələr hazırlayıblar. Məşhur saytlarda daha çox Kiyevə Qərb silahlarının tədarükü, Ukrayna Silahlı Qüvvələrinin Severodonetskdə əks hücuma başlaması və milyarder Rinat Axmetovun maliyyə yardımları müzakirə olunur.
"The Sun"dan şok iddia: "Hərbi elita Putini aradan götürə bilər"
Məsələn Amerikanın “The Washington Post” qəzeti yazır ki, Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini Ukraynaya uzun mənzilli raketlər göndəriləcəyi təqdirdə bombardmanları gücləndirməklə hədələyir. Eyni zamanda o, bəyan edib ki, bu silahlar sanki “heç nəyi dəyişməyəcək” və onlardan istifadə heç bir effekt verməyəcək.

“The Wall Street Journal”ı isə yazır ki, Ukrayna qoşunları əks-hücuma keçərək Severodonetsk şəhərinin bir hissəsini geri ala bilib. Hələlik Kiyevin ABŞ-dan yeni uzaqmənzilli raket sistemlərini gözlədiyi vaxtda Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının Ukraynanın şərqində irəliləməsinin qarşısını almağa çalışır. Ukrayna liderləri ümid edirlər ki, Qərbdən daha güclü silahlarının gəlişi onlara Donbasın şərqində yaxşı silahlanmış Rusiya qüvvələrinə qarşı döyüşlərin gedişini dəyişməyə imkan verəcək.

“Reuters” beynəlxalq xəbər agentliyi yazır ki, İspaniya Ukraynanı zenit-raket kompleksləri və “Leopard” tankları ilə təmin etməlidir. Həmçinin Madrid Ukrayna hərbçiləri üçün bu tankların istifadəsi ilə bağlı lazımi təlimləri də keçəcək. Bu, İspaniya ordusunun NATO-nun "Enhanced Advanced Presence" əməliyyatı çərçivəsində 500 əsgəri yerləşdirdiyi Latviyada baş verəcək.

"Bloomberg" xəbər agentliyi də diqqət çəkən məqalə dərc edib. Nəşr yazır ki, Böyük Britaniya Ukraynaya 80 kilometrə qədər məsafədə yerləşən hədəflərə zərbələr endirməyi bacaran raket sistemləri göndərməyi planlaşdırır. Keçən həftə ABŞ da oxşar sistemlər göndərəcəyini bəyan etmişdi. Amma Vaşinqton Rusiyadan ehtiyat edib ki, bu addım müharibəni gücləndirə bilər.

Britaniyanın “Financial Times” qəzeti Rusiyanın başlatdığı müharibəyə qarşı mübarizədə Ukrayna biznesmenlərinin rolu haqqında məqalə dərc edib.

- İndi bizim üçün əsas vəzifə ukraynalıların sağ qalmasına və Ukraynanın qalib gəlməsinə kömək etməkdir, - qəzet məşhur iş adamı Rinat Axmetovdan sitat gətirib.

"Financial Times"ın məlumatına görə, müharibə başlayandan bəri Axmetov Ukrayna Silahlı Qüvvələrinə və humanitar proqramlara kömək üçün təxminən 100 milyon avro bağışlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiyan  



Xəbər lenti