"Xarkovda hərbi texnikaların təmiri zavodunu vurmuşuq" - Rusiyalı general

   "Xarkovda hərbi texnikaların təmiri zavodunu vurmuşuq" -    Rusiyalı general
  06 İyun 2022    Oxunub:1307
Rusiya Aerokosmik Qüvvələri yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə Xarkov vilayətində Ukrayna hərbi texnikalarını təmir edən zavodu məhv edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov brifinqdə məlumat verib.
Kadırov alayının komandir müavini yaralanıb
Konaşenkov qeyd edib ki, havadan atılan yüksək dəqiqlikli raketlər həmçinin Ukrayna qoşunlarının 4 komanda məntəqəsini, canlı qüvvənin toplandığı 15 ərazini və hərbi texnikaları vurub.

Bundan başqa, ötən sutka ərzində Rusiya aviasiyası Donetsikn Seversk rayonunda ABŞ- ın Ukraynaya verdiyi AN/TPQ-50 radar stansiyasını da sıradan çıxarıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna  



Xəbər lenti