Polislərin silahını almağa çalışan ermənilər həbs edilib

   Polislərin silahını almağa çalışan    ermənilər həbs edilib
  06 İyun 2022    Oxunub:860
Ermənistanda 2 nəfər polis əməkdaşlarına qarşı zor tətbiq edərək onların xidməti silahını ələ keçirməyə cəhd edən iki nəfər saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Erməni brakonyerlər nadir heyvanı öldürüb kanala atdılar
Qeyd edilir ki, onların iş materiallarına əsasən, iyunun 3-də saat 18:15-də Lori rayonunun Urasar kəndi yaxınlığında patrul xidmətinin əməkdaşları “VAZ-2106” markalı avtomobili saxlayıblar. Sürücü sərxoş olub və hüquq-mühafizə orqanlarının əməkdaşları onun sərxoşluq dərəcəsini yoxlamağa çalışıblar. Lakin sürücünün həmkəndliləri bunun qarşısını alıb.

"Hadisə tədricən münaqişəyə çevrilib. Vətəndaşlar polislərə zərbələr endirməyə başlayıb. Etirazçılar onların formalarını cırıblar və silahlarını əllərindən almağa cəhd ediblər. Xidməti avtomobilə də ziyan vurulub. Faktla bağlı cinayət işi başlanıb. Beş polis əməkdaşı zərərçəkmiş kimi tanınıb", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis  



Xəbər lenti