Türkiyədən Azərbaycana gələn turistlərin sayı açıqlandı

   Türkiyədən Azərbaycana gələn turistlərin sayı açıqlandı
  06 İyun 2022    Oxunub:957
“Türkiyə hazırda Azərbaycana gələn turistlərin sayına görə birinci yerdədir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Bəhruz Əsgərov deyib. Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında Türkiyədən gələn turistlərin sayı 116 243 nəfər olub.

O qeyd edib ki, Türkiyə eyni vaxtda 115 468 turistin gəldiyi Rusiyanı geridə qoyub.

Türkiyə ilə Azərbaycan arasında həm qurumlararası, həm də dövlət səviyyəsində çox yaxşı əlaqələrin olduğunu vurğulayan Əsgərov bu vəziyyətin iki ölkə arasında biznesin aparılması üçün böyük imkanlar yaratdığını bildirib. (TRT Avaz)

AzVision.az


Teqlər:



Xəbər lenti