Atlantik: ABŞ-ın aydın nüvə strategiyası yoxdur

      Atlantik:    ABŞ-ın aydın nüvə strategiyası yoxdur
  06 İyun 2022    Oxunub:1466
ABŞ Hərbi Dəniz Qüvvələri Kollecinin professoru, yazıçı və beynəlxalq məsələlər üzrə mütəxəssis Tomas Nikols “The Atlantic” jurnalı üçün yazdığı məqalədə ABŞ-ın hazırkı hakimiyyət orqanlarının konkret nüvə strategiyasının olmamasından danışıb.
Onun sözlərinə görə, Soyuq Müharibə illərində ABŞ prezidentlərinin administrasiyaları nüvə silahı ilə bağlı dəqiq mövqe nümayiş etdirirdilər - onların olması məqsədəuyğun olub-olmaması, onlardan hansı məqsədlər üçün istifadə edilməsi lazım olacaq və s.

“Sovet İttifaqının dağılmasından sonra, bu məsələ həm siyasi, həm də ictimai müzakirələrdə getdikcə daha az aktuallaşır. Və bu, Amerikanın nüvə strategiyasına təsir etdi. Hər bir ABŞ administrasiyası, mahiyyətcə, hər ikisinin bir az olduğunu söyləyərək cavabı qarışdırmağa çalışdı. Bu, ciddi baxış deyil. 2015-ci ildə Donald Trampdan ABŞ-ın nüvə gücü ilə bağlı seçkiqabağı kompaniya zamanı səslənəndə o, ancaq “Nüvə gücü, dağıdıcı güc mənim üçün çox vacibdir” deyə bilmişdi. Bu dəfə milyonlarla amerikalı çiyinlərini çəkdi”, - professor vurğulayıb.

Müəllif sonda Ukraynadakı münaqişənin dünyaya nüvə müharibəsi ehtimalını xatırlatdığını oxuculara xatırladıb. O, Vaşinqtona bu tip silahların istifadəsi ilə tam qarşıdurma alovlanmazdan əvvəl nüvə silahı ilə bağlı strategiyasını tez bir zamanda hazırlamağı tövsiyə edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   Nüvə  



Xəbər lenti