Independent: Embarqodan sonra Rusiya neftinin tədarükü iki dəfə artıb

      Independent:    Embarqodan sonra Rusiya neftinin tədarükü iki dəfə artıb
  06 İyun 2022    Oxunub:1431
Avropa İttifaqının Rusiyadan enerji resurslarının dünya bazarlarına ixracını əngəlləmək cəhdlərinə baxmayaraq, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan Avropa şirkətləri Rusiya neftinin tədarükünü demək olar ki, iki dəfə artırıb.
Bu barədə Britaniyanın “İndependent” qəzetinə istinadən yazır. Məqalədə deyildiyi kimi, Avropa şirkətləri Rusiya neftinin Hindistan və Çin kimi digər ölkələrə tədarükündən qazanc əldə etməyə davam edir. Qeyd olunub ki, bu ölkələr Avropanın imtina etdiyi xam nefti həvəslə almağa başlayıblar.

Mütəxəssislər hesab edirlər ki, gəmiçilik şirkətlərinin əksəriyyətinin Rusiyadan enerji resursları tədarükündən imtina etməsi digər şirkətlərin böyük gəlir əldə etməyə başlamasına səbəb olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Neft  



Xəbər lenti