Nyu-York məhkəməsi Abramoviçin təyyarələrini həbs edib

   Nyu-York məhkəməsi Abramoviçin təyyarələrini həbs edib
  06 İyun 2022    Oxunub:921
Nyu-Yorkun federal hakimi ABŞ Ədliyyə Nazirliyinin rusiyalı iş adamı Roman Abramoviçin iki təyyarəsinin həbsinə icazə verən order imzalayıb.
Bu barədə CNBC məlumat yayıb. Söhbət Abramoviçin Boeing 787-8 Dreamliner və Gulfstream G650ER təyyarələrindən gedir. Məhkəmə sənədlərinə görə, Boeing 787-8 Dreamliner Dubayda, Gulfstream G650ER isə Rusiyadadır. ABŞ hələlik Roman Abramoviçi sanksiyalar siyahısına daxil etməyib, lakin mart ayında ABŞ-ın maliyyə naziri Cannet Yellen CNBC telekanalına müsahibəsində rusiyalı sahibkara məhdudiyyətlərin tətbiqini istisna etmədiyini bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti