Şarl Mişel Rusiyanı qorxaq adlandırdı, ölkə təmsilçisi iclası tərk etdi
“Rusiya bu ərzaq böhranına görə tam məsuliyyət daşıyır. Kremlin yalan və dezinformasiya kampaniyasına baxmayaraq, Rusiya təkdir”, - Avropa Şurasının rəhbəri xəbərdarlıq edib.
Mişel daha əvvəl Odessada Rusiya gəmiləri ucbatından Qara dənizdə ilişib qalmış milyonlarla ton taxıl və buğda dolu konteyner və gəmi olduğunu şəxsən gördüyünü söyləyib. Onun sözlərinə görə, rus tankları, minaları və bombaları əkin sahələrinə və məhsul yığımına mane olur.
Qeyd edək ki, Avropa Şurası sədrinin çıxışına etiraz olaraq, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya zalı tərk edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


