Hikmət Hacıyev Ağ Evdə Baydenin müşavirilə görüşdü

    Hikmət Hacıyev Ağ Evdə Baydenin müşavirilə görüşdü
  07 İyun 2022    Oxunub:1644
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında yazıb.

“Bu gün Ağ Evdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, - Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.


AzVision.az


Teqlər: ABŞ   Azəbaycan  



Xəbər lenti