Əməkdar jurnalist Nəsir Əhmədli vəfat etdi

  Əməkdar jurnalist Nəsir Əhmədli vəfat etdi
  07 İyun 2022    Oxunub:1738
Azərbaycanın əməkdar jurnalisti, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib.

AzVision.az xəbər verir ki, N.Əhmədli səhər saatlarında dünyasını dəyişib. O, uzun müddət ağciyər xərçəngindən əziyyət çəkirdi.
Əməkdar jurnalist doğulduğu Tovuz rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Nəsir Əhmədli 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışıb. "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində" fənlərini tədris edib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaiti də daxil olmaqla 15 kitabın müəllifi olub. Eyni zamanda Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.

KİV xaricə siyasi informasiya yayımı sistemində, beynəlxalq radio yayımı, televiziya jurnalistikası, beynəlxalq jurnalistika və s. sahələrdə tədqiqatlar aparıb. Ali media mükafatına, müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər:



Xəbər lenti