İrəvanda Aİ nümayəndəliyi qarşısında aksiya keçirilib

   İrəvanda Aİ nümayəndəliyi qarşısında aksiya keçirilib
  07 İyun 2022    Oxunub:1002
Ermənistan müxalifəti İrəvanda Aİ nümayəndəliyi qarşısında piket keçirib. Diplomatik nümayəndəliyin qarşısında etirazçılar Müqavimət Hərəkatının dinc nümayişləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanun pozuntularına yol verilməsi faktlarını göstəriblər.
Xüsusilə “Hayastan” müxalifət blokunun deputatı Aram Vardevanyan iyunun 3-də Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində polislə etirazçılar arasında toqquşmaların baş verdiyi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının nümayişçilərə qarşı səs-küylü qumbaraatanlardan istifadə etdiyi hadisəni qeyd edib.

"Bu, hazırkı hakimiyyətin tarixinin növbəti biabırçı səhifəsidir. Eyni zamanda, polis Aİ-nin Ermənistandakı səfirliyinin qarşısında qumbaraatanlardan istifadə edib, lakin ən təəccüblü odur ki, Avropa diplomatik missiyası susub", - Vardevanyan bildirib.



Deputat parlamentdəki iki müxalifət fraksiyasının adından müraciəti oxuyub və sonradan səfirliyə təqdim edilib. Qeyd olunur ki, polis dinc aksiyaya nəzarət etməli olduğu halda, dinc nümayiş zamanı səsli qumbaraatanlardan istifadə edib.

"Yüzlərlə vətəndaş (o cümlədən qadınlar və qocalar) müxtəlif dərəcəli xəsarətlər alıb. Bunlardan yalnız bir hissəsi tibbi yardım üçün müraciət edib, digəri isə evdə müalicə olunmağa üstünlük verib. Ümid edirik ki, Aİ səfiri bəyanata reaksiya verəcək və təqdim olunan faktlara müvafiq qiymət verəcək".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti