|
| İrəvanda polis etirazçılar əvəzinə həmkarlarına atəş açdı - VİDEO |
İddia edilir ki, mitinq iştirakçılarının aksiyaya daş, şüşə su qabları, hətta çəkic və digər alətlərlə gəlməsi təsadüfi olmayıb. Etirazçılar öyrədiliblər və polisə xəsarət yetirildikdən sonra ciddi qarşıdurma yaranmalı idi ki, bu da ölkədə böyük xaosaun baş verməsinə hesablanıb.
"Asparez" Jurnalist Klubunun prezidenti Leon Barseqyan erməni cəmiyyətinə maraqlı bir video təqdim edib. Görüntülərdə etirazçılardan biri əlində böyük çəkiclə polislərə zərbə endirməyə çalışır. Hətta polis işçisi onu radikal müxalifətçinin əlindən almağa çalışsa da, əvəzində kürəyindən ciddi zərbə alaraq geri qayıdır.
Xatırladaq ki, müxalifət aprelin 25-dən başlayaraq baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiya və yürüşlərində Azərbaycan əraziləri ilə bağlı təxribatçı çağırışlar da edirlər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


