Şoyqu: "6489 Ukrayna əsgəri təslim olub"

            Şoyqu:    "6489 Ukrayna əsgəri təslim olub"
  07 İyun 2022    Oxunub:1279
Təslim olan ukraynalı əsgərlərin ümumi sayı 6489-a çatıb. AzVision.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Əsirlikdə olan “Azovstal” döyüşçülərinin sayı açıqlandı
- Beş gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 126 hərbçisi təslim olub. Onların ümumi sayı isə 6489 nəfərdir, - nazir deyib.

Rusiya mediası isə yazır ki, təkcə Mariupoldakı "Azovstal" zavodundan 2,5 minə yaxın əsgər və döyüşçü təslim olub.

Xatırladaq ki, mayın sonunda zavodun ərazisi tamamilə zəbt edilib. Ukrayna təhlükəsizlik qüvvələrinin 531 nəfərlik sonuncu böyük dəstəsi mayın 21-də katakombalardan çölə çıxdılar. Lakin sonradan bəyan edildi ki, sənaye zonasının ərazisində hələ də azıb qalmış və ya qəsdən gizlənmiş “Azov”çu və digər əsgərlər ola bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Şoyqu   Təslim   Ukrayna   Rusiya  



Xəbər lenti