Putin: "Qiymət artımı dayanıb"

      Putin:    "Qiymət artımı dayanıb"
  07 İyun 2022    Oxunub:1274
Rusiyada qiymət artımı mayın ikinci yarısından dayanıb. İndi inflyasiya sıfır səviyyədədir. AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlər üzrə müşavirədə deyib.
- İnflyasiya nəzarət altına alınıb. İllik statistikada mayın 27-nə 17,4% təşkil edib. Eyni zamanda, mayın ikinci yarısından başlayaraq qiymət artımı tamamilə dayanıb. İndi inflyasiya sıfır səviyyəsindədir, - Rusiya lideri qeyd edib.

Eyni zamanda, Rusiya dövlət başçısı vurğulayıb ki, hakimiyyət bu vəziyyətin həm müsbət, həm də mənfi tərəflərini diqqətdə saxlamalıdır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra bir sıra iqtisadi və siyasi sanksiyalarla üzləşib. Bu səbəbdən də ölkədə bütün sahələrdə qiymət arımları müşahidə edilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Putin  



Xəbər lenti