Niderlandda "meymun çiçəyi"nə yoluxanların sayı 50-ni keçdi

   Niderlandda "meymun çiçəyi"nə yoluxanların sayı 50-ni keçdi
  07 İyun 2022    Oxunub:1017
Niderlandda artıq 54 nəfər "meymun çiçəyi"nə yoluxub. AzVision.az xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İnstitutu məlumat yayıb.
Xatırladaq ki, Niderlandda ilk "meymun çiçəyi" hadisəsi mayın 20-də təsdiqlənib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə 27 qeyri-endemik ölkədə 780 insanda "meymun çiçəyi" xəstəliyinin təsdiqləndiyini bəyan etmişdi.

Qeyd edək ki, "meymun çiçəyi" nadir bir virus infeksiyasıdır və insanlar arasında xəstədən sağlam şəxsə ötürülür. Bu, adətən yüngül bir xəstəlik sayılır və insanların çoxu bir neçə həftə ərzində sağalır. Lakin bəzilərində ağırlaşmalar da baş verə bilər. Xəstəliyin ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq daxildir. Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan bir səpgi inkişaf edə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Niderland   Meymunçiçəyi  



Xəbər lenti