Seyfəli poliqonunda sursatların utilizasiyası həyata keçiriləcək

   Seyfəli poliqonunda sursatların utilizasiyası həyata keçiriləcək
  07 İyun 2022    Oxunub:1269
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 8-dən 11-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
AzVision.az



Teqlər: Poliqon  



Xəbər lenti