Türkiyə ordusu 8 terrorçunu zərərsizləşdirib

   Türkiyə ordusu 8 terrorçunu zərərsizləşdirib
  07 İyun 2022    Oxunub:1818
Türkiyə ordusu Suriyanın şimalında “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh çeşməsi” bölgələrində 8 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
AzVision.az xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Terrorçuların onları gözləyən sondan xilas yolu yoxdur. “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh çeşməsi” bölgələrində aşkarlanan 8 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Əməliyyatlarımız sürəti azaltmadan davam edəcək”, - açıqlamada qeyd olunub.

AzVision.az



Teqlər: Türkiyə   Terrorçu  



Xəbər lenti