Rusiya yaponlara Cənubi Kuril adalarında balıq tutmağı qadağan etdi

         Rusiya yaponlara Cənubi Kuril adalarında balıq tutmağı qadağan etdi
  07 İyun 2022    Oxunub:1419
Rusiya 1998-ci ildə Yaponiya ilə dəniz canlılarının ehtiyatlarının əldə edilməsi sahəsində əməkdaşlığın müəyyən məsələləri üzrə sazişin icrasını dayandırır.AzVision.azxəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, qərar Tokio öz maliyyə öhdəliklərini yerinə yetirənə qədər qüvvədə qalacaq.

- Təəssüf ki, Tokio Saxalin vilayətinə təmənnasız texniki yardımın göstərilməsi ilə bağlı illik icra sənədinin imzalanmasını gecikdirərək, saziş üzrə ödənilməli olan vəsaitləri “dondurmaq” xətti tutub. Hansı ki, bu hökumətlərarası sazişin fəaliyyətinin təmin edilməsində ayrılmaz elementdir, - Zaxarova nazirliyin saytına deyib.

Müqaviləyə əsasən, yapon balıqçılar Cənubi Kuril adaları yaxınlığında Rusiya tərəfinin ayırdığı kvota çərçivəsində balıq tuta bilərdilər. Diplomat qeyd edib ki, hazırkı vəziyyətdə sazişin icrası mümkün deyil.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Yaponiya  



Xəbər lenti