Ukrayna İsraildən “Dəmir günbəz” istəyir

   Ukrayna İsraildən “Dəmir günbəz” istəyir
  08 İyun 2022    Oxunub:1210
Ukrayna şəhərlərini və hərbi obyektlərini Rusiyanın raket hücumlarından qorumaq üçün İsraildən “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini almaq istəyir.
Bunu Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk deyib. Onun sözlərinə görə, ABŞ belə bir razılaşmaya müdaxilə etməyəcək: “Bizim İsrailin köməyinə ehtiyacımız var. Yəni, bizim hərbi-texniki dəstəyə ehtiyacımız var. Bizə “Dəmir günbəz” lazımdır. Bu bizə dinc qadın və uşaqlarımızı Rusiyanın raket hücumlarından xilas etməyə imkan verəcək”, - Korniyçuk vurğulayıb.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti