"Kiyevin danışıqlar təklifini yoxlamaq lazımdır" - Zaxarova

   "Kiyevin danışıqlar təklifini yoxlamaq lazımdır" -    Zaxarova
  08 İyun 2022    Oxunub:1403
Kiyevin səsləndirdiyi bəyanatları diqqətlə yoxlamaq lazımdır. AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə danışıqların mümkünlüyü barədə bəyanatını şərh edərkən deyib.
"Rusiyanın şərtləri ilə danışıqlar masasına oturmayacağıq"
Zaxarova iddia edib ki, "Zelenskinin sözlərini ümumilikdə dəyərləndirsək, bunlar açıq-aydın kiminsə yazdığı mətnlərdir, kiminsə yazdığı plandır”.

Xatırladaq ki, dünən Zelenski Qərbin sanksiyalarının Moskvanın mövqeyinə təsir göstərmədiyini bəyan edib. O, qələbənin döyüş meydanında əldə edilməli olduğunu vurğulayıb. Ukrayna lideri, eyni zamanda Putinlə sülh danışıqlarına hazır olduğunu bəyan edib.
Zelenski həmçinin qeyd edib ki, Rusiya ilə danışıqlar yalnız fevralın 24-dək olan sərhədlərə qayıdış olarsa, mümkündür.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Zaxarova  



Xəbər lenti