"Sülh sazişinin imzalanması region üçün əhəmiyyətlidir"- Çavuşoğlu

   "Sülh sazişinin imzalanması region üçün əhəmiyyətlidir"-    Çavuşoğlu
  08 İyun 2022    Oxunub:1394
Azərbaycanla Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması region üçün əhəmiyyətlidir.

AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.
O qeyd edib ki, Lavrovla Qafqazda “3+3” formatını, həmçinin Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə edib:

"Bu mövzularda Rusiyanın verdiyi dəstəyə görə təşəkkür edirəm. Xüsusilə Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasının bölgənin sabitliyi baxımından önəmli olduğunu düşünürük”, - XİN başçısı qeyd edib.

AzVision.az



Teqlər:



Xəbər lenti