Həmidə Ömərova oğluna toy edir

   Həmidə Ömərova oğluna toy edir
  08 İyun 2022    Oxunub:3635
Bu gün Xalq artisti Həmidə Ömərovanın oğlu Rəhimin toyudur.

AzVision.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, məclis şəhər restoranlarından birində keçiriləcək.

"10 gün əvvəl mənə zəng edərək, titrək səslə müjdəni verdi və "Nurançik, səni Rəhimin toyuna dəvət edirəm". O qədər sevindim ki... Çünki Həmidə xanım bu günü çoxdan gözləyirdi. Hətta deyim ki, Rəhim doğulandan anası ancaq onun toyunu arzu edirdi" deyə, aparıcı vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti