Ermənistanda hava limanına bomba qoyulub

   Ermənistanda hava limanına    bomba qoyulub
  08 İyun 2022    Oxunub:2194
Ermənistanda hava limanında bomba həyəcanı yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İrəvanda bomba həyəcanı
Qeyd edilir ki, nazirliyin Böhran İdarəetmə Mərkəzinə Yerevan Zvartnots hava limanına bomba qoyulması barədə məlumat daxil olub.


Hadisə yerinə yanğınsöndürən və xilasedicilərdən ibarət 1 ekipaj, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat qrupu, növbətçi psixoloq, xilasetmə qüvvələrinin kinoloji qrupunun cəlb edildiyi bildirilir.

Yerli saytlar yazır ki, hazırda mülki müdafiə qoşunlarının mühəndis-istehkamçı dəstəsi də hava limanında işləyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bomba   Ermənistan  



Xəbər lenti