"Rus briqadası 800 itki verib" - Ukrayna Ordusu

   "Rus briqadası 800 itki verib" -    Ukrayna Ordusu
  09 İyun 2022    Oxunub:840
Rusiyanın Ukrayna ərazisində yerləşdirdiyi 15-ci əlahiddə motoatıcı briqadasının 800 əsgəri öldürülüb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Mövcud məlumatlara görə, Ukrayna ərazisində gedən döyüşlərdə Mərkəzi Hərbi Dairənin 2-ci birləşmiş ordusunun 15-ci əlahiddə motoatıcı briqadasının şəxsi heyəti xeyli itki verib. Təxminən 800 ölü, 400-ə yaxın yaralı var. Ümumilikdə, Ukrayna ərazisindəki döyüşlərdə briqadadan 1800-ə yaxın hərbçi iştirak edib”, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   ukrayna   İtki  



Xəbər lenti