Şəmkirdə dönərdən zəhərlənənlərin vəziyyəti açıqlandı

 Şəmkirdə dönərdən zəhərlənənlərin vəziyyəti açıqlandı
  09 İyun 2022    Oxunub:1417
TƏBİB Şəmkirdə dönərdən zəhərləndikləri güman edilən şəxslərin vəziyyətini açıqlayıb.
Qurumdan AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 08.06.2022-ci il tarixində saat 22:50 radələrində 10 nəfər zəhərlənmə diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub:

"Vətəndaşlara zəruri təcili tibbi yardım göstərilib və vəziyyətləri stabil olaraq qiymətləndirilir. Zəruri müayinələr tamamlandıqdan sonra vətəndaşların gün ərzində amblator müalicə üçün evə buraxılmaları nəzərdə tutulur".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti