Lavrov İrəvanda aksiya ilə qarşılandı - VİDEO

   Lavrov İrəvanda aksiya ilə qarşılandı -  VİDEO
  09 İyun 2022    Oxunub:1651
Ermənistan müxalifəti bu gün səhər yenidən mitinq təşkil edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, İrəvanın Fransa meydanına toplaşan "Müqavimət" hərəkatının tərəfdarları şəhərin mərkəzindən keçərək Ermənistan Xarici İşlər Nazirliyinin binasına doğru gediblər.
İrəvanda mitinq - Monteneqro Prezidenti arxa qapıdan qəbul edildi - VİDEO
Aksiya iştirakçıları Sayat-Nova prospekti ilə addımlayaraq əllərində “Yeni kapitulyasiya olmayacaq!”, “Nikol bizi təmsil etmir” və Azərbaycana qarşı ərazi iddiaları əks olunan plakatları tutublar.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdədir. Müxalifət nümayəndələri hazırda rusiyalı nazirə onu nümayiş etdirməyə çalışır ki, baş nazir Nikol Paşinyanla imzalanan sazişlər hüquqi qüvvəyə malik deyil. Çünki onların fikrincə, hazırkı hökumət başçısı erməni xalqının maraqlarını təmsil etmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Lavrov   Ermənistan   Aksiya  



Xəbər lenti