"Bəyəm o vaxtı Hitlerlə danışıqlar aparıldı?" - Polşa prezidenti

   "Bəyəm o vaxtı Hitlerlə danışıqlar aparıldı?" -    Polşa prezidenti
  09 İyun 2022    Oxunub:1189
Polşa prezidenti Anjey Duda Moskvanın Ukraynaya hərbi müdaxiləsi fonunda Rusiya prezidenti Vladimir Putinlə danışıqların aparılması ideyasını tənqid edib. O, “Bild”ə müsahibəsində Almaniya kansleri Olaf Şolz da “münaqişənin həlli ancaq danışıqlar yolu ilə mümkündür” deyən Makron kimi Putindən qorxurmu sualına maraqlı şəkildə cavab verib.
"Kiyevə 240-dan çox tank, 100-ə yaxın zirehli texnika göndərdik" - Duda
- Hazırda Putinlə aparılan bütün danışıqlar məni heyrətləndirir. Xüsusən də Kansler Şolz, prezident Emmanuel Makron... Bu söhbətlər faydasızdır. Onlar nə edirlər? Onlar ancaq Rusiya ordusunun Ukraynada törətdiyi cinayətlərə görə məsuliyyət daşıyan şəxsi qanuniləşdirirlər. O,(Vladimir Ptin-red.) buna görə məsuliyyət daşıyır. O, oraya qoşun göndərmək qərarına gəldi. Komandirlər bu şəxsə, Vladimir Putinə tabe olurlar. İkinci Dünya Müharibəsi zamanı Adolf Hitlerlə belə danışan olubmu? Kimsə dedimi ki, Adolf Hitlerin şəxsiyəti təhqir olunammalıdır? Elə hərəkətlər etməliyik ki, Hitleri aşağılamayaq? Mən belə şeylər eşitməmişəm!, - Polşa lideri gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Polşa   Hitler   Putin   Rusiya   Makron   Almaniya  



Xəbər lenti