"Sülh müqaviləsi Azərbaycanın təkliflərinə əsaslanır"- Lavrov

   "Sülh müqaviləsi Azərbaycanın təkliflərinə əsaslanır"-  Lavrov
  09 İyun 2022    Oxunub:2003
Rusiya İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına hər cür töhfə verir. AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
"Üçtərəfli işçi qrupu avtomobil yolunun əlaqələndirilməsini yekunlaşdırır" - Lavrov
- Liderlərimiz münaqişəyə son qoymaq, region ölkələri arasında münasibətləri, o cümlədən Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq üçün praktiki məsələlərin həlli üçün üç dəfə görüşüblər, - Lavrov deyib.

Onun sözlərinə görə, ümumi bir anlayış formalaşıb ki, proses irəli doğru addımlayıb.

- Ola bilsin ki, biz daha sürətli temp görmək istərdik, amma proses davam edir və müsbət aralıq nəticələr əldə edilir, - Rusiya diplomatiyasının rəhbəri qeyd edib.

Eyni zamanda, rusiyalı nazir onu da vurğulayıb ki, yekun razılaşmaların olacağına şübhə yoxdur. Moskva buna hər cür şərait yaratmağa çalışır.

- Təbii ki, tərəflərin öz spesifik baxışları var ki, bu heç də həmişə üst-üstə düşmür. Xüsusilə, qarşıdakı mərhələdə necə işləmək barədə bunu demək olar. Lakin bütün tərəfdaşlarımız və biz özümüz də eyni anlayışa sahibik: üç yüksək səviyyəli bəyanat hamımızın rəhbər tutmalı olduğumuz aydın yol xəritəsidir, - Lavrov vurğulayıb.

O əmiliyini ifadə edib ki, münasibətlərin tam normallaşmasından başqa yol yoxdur. Nazir əlavə edib ki, şərti sülh müqaviləsi Azərbaycanın təkliflərinə əsaslanır və buna cavab olaraq Ermənistan öz baxışını təqdim edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Lavrov   Azərbaycan  



Xəbər lenti