"Bakının təklifləri və İrəvanın mövqeyi ilə tanışam" - Lavrov

   "Bakının təklifləri və İrəvanın mövqeyi ilə tanışam" -    Lavrov
  09 İyun 2022    Oxunub:918
Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşmasında maraqlıdır və buna hər cür kömək göstərməyə hazırdır. AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.
"Sülh müqaviləsi Azərbaycanın təkliflərinə əsaslanır"- Lavrov
Nazir vurğulayıb ki, o, Azərbaycanın bu barədə irəli sürdüyü təkliflərlə, eləcə də İrəvanın buna mövqeyi ilə kağız üzərində tanışdır.

- Qarşılıqlı razılaşma əldə etmək üçün Rusiyanın edə biləcəyi hər şeyi reallaşdırmağa hazırıq. Dediyim kimi, biz bütün razılaşmaların tam yerinə yetirilməsinə yönəlmişik, - Lavrov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Lavrov   Bakı   İrəvan  



Xəbər lenti