Putin: "Geosiyasi mübarizə həmişə mövcud olub"

      Putin:    "Geosiyasi mübarizə həmişə mövcud olub"
  09 İyun 2022    Oxunub:823
"Müasir dünyada dövlətlər ya suveren, ya da müstəmləkə ola bilər, aralıq dövlət yoxdur".

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin gənc sahibkarlarla görüşündə deyib.
"Dünya sürətlə dəyişir. Və bir növ liderliyə iddialı olmaq üçün hər hansı bir ölkə, xalq, etnik qrup öz suverenliyini təmin etməlidir. Çünki ara dövlət yoxdur: ya ölkə suverendir, ya da müstəmləkənin adı nə olursa olsun, müstəmləkədir".

Onun sözlərinə görə, müstəmləkələrin sərt geosiyasi mübarizədə sağ qalmaq şansı yoxdur.

"Əgər bir ölkə və ya bir qrup ölkə suveren qərarlar qəbul edə bilmirsə, o, artıq müəyyən dərəcədə müstəmləkədir və müstəmləkənin belə sərt geosiyasi mübarizə şəraitində yaşamaq üçün tarixi perspektivi, şansı yoxdur", - Rusiya lideri qeyd edib.

Konkret ölkələrin adlarını çəkmək istəməyən Putin bildirib ki, geosiyasi mübarizə həmişə mövcud olub.

AzVision.az


Teqlər:



Xəbər lenti