Ruslar bu il ən çox Türkiyəyə səyahət edirlər

   Ruslar bu il ən çox Türkiyəyə səyahət edirlər
  10 İyun 2022    Oxunub:1694
Rusların ən çox səyahət etdikləri ölkələr bəlli olub. AzVision.az xəbər verir ki, yerli media iyun ayında həftəsonu xaricə uçan rusların daha çox Türkiyə, Qazaxıstan və Ermənistana üz tutacaqları açıqlanıb.
"Aviasales" aviabiletlərin axtarışı və alışı xidmətinin mətbuat xidmətinin yaydığı məlumata görə Türkiyə ənənəvi olaraq xarici turist marşrutlarının sifarişi üzrə birinci yerdədir. Şirkətin məlumatına görə, Ermənistan ikinci ən populyar istiqamətdir. Qarşıdan gələn həftə sonu səyahətçilərin 2,6%-i ora uçacaq, onlar gediş-dönüş aviabiletləri üçün orta hesabla 28,6 min rubl ödəyiblər. Qazaxıstan da populyardır.

"Bu il rusiyalı turistlər əsasən qeyri-turizm məqsədləri üçün uçduqları qonşu ölkələrə daha çox diqqət yetirirlər. Biz bunu təkcə aviabiletlərin bron edilməsində deyil, həm də tətbiqdə və internet saytında turist məzmununa maraqda görürük. Məsələn, Rusiyadan olan istifadəçilər, demək olar ki, Türkiyədəki kimi Qazaxıstan və Ermənistanda nə görmək və hara getmək üçün axtarırlar”, - xidmətin məlumatında qeyd edilib.

Gələn həftə üçün biletlə sifariş edənlər həmçinin daha çox Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana və İsrailə səfər edəcəklər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türkiyə   Səyahət  



Xəbər lenti