KTMT- nin İrəvan iclası müxalifətin aksiyası ilə başladı - CANLI

        KTMT- nin İrəvan iclası müxalifətin aksiyası ilə başladı -    CANLI
  10 İyun 2022    Oxunub:1233
Ermənistan müxalifətinin "Müqavimət" hərəkatının tərəfdarları növbəti dəfə etiraz aksiyası keçirirlər. AzVision.az xəbər verir ki, onlar prezident sarayı qarşısına toplaşıblar.
Lavrov İrəvanda aksiya ilə qarşılandı - VİDEO
Etirazçılar hökumət əleyhinə çıxışlar edir, müxalif deputatlar isə səs gücləndiricilər ilə İrəvanda qonaq olan xarici ölkələrin rəsmilərinə çağırışlar edirlər. Yerli media əraziyə yüzlərlə polisin cəlb edildiyini yazıb. Baqramyan prospektində etirazçıdan çox hüquq-mühafizə xidməti orqanlarının əməkdaşları var.

- Bugünkü bəyanatımız ondan ibarətdir ki, bu hökumət səriştəsiz, qeyri-legitimdir və erməni xalqı adından danışmaq hüququna malik deyil. Onlar Ermənistanın ərazi bütövlüyü ilə bağlı razılığa gələ biləcək mandata malik deyillər, – Daşnaksütyun fəalı, parlamentin “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan deyib.

Xatırladaq ki, bu gün prezident sarayında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müxalifət   KTMT  



Xəbər lenti