KTMT XİN rəhbərlərinin iclası keçirilir - VİDEO

KTMT XİN rəhbərlərinin iclası keçirilir -    VİDEO
  10 İyun 2022    Oxunub:1098
İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilir. AzVision.az xəbər verir ki, iclasda KTMT-nin baş katibi Stanislav Zas da iştirak edir.
KTMT- nin İrəvan iclası müxalifətin aksiyası ilə başladı - CANLI
Xarici ölkələrin nümayəndə heyətləri görüşün keçirildiyi prezident iqamətgahına gəliblər. İqamətgaha yaxın ərazidə isə müxalifətin "Müqavimət" hərəkatının etiraz aksiyası keçirirlir. Etirazçılar hakimiyyətin bu tədbirdə Ermənistan adından çıxış etməsinə etiraz edirlər.

Qeyd edilir ki, XİN rəhbərləri beynəlxalq və regional təhlükəsizliyin vəziyyətini və mövcud durumun təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təsirini müzakirə edəcəklər. İclasın yekununda KTMT ölkələrinin 2022-2024-cü illər üçün xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr planı imzalanacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   KTMT   Ermənistan   İclas  



Xəbər lenti