"ABŞ səfiri İrəvanda LGBT-yə dəstəklə məşğuldur" - Hraparak

   "ABŞ səfiri İrəvanda LGBT-yə dəstəklə məşğuldur" -    Hraparak
  10 İyun 2022    Oxunub:1047
“ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi baş nazir Nikol Paşinyana dəstək verməklə yanaşı, cinsi azlıqların hüquqlarının müdafiəsi ilə də məşğuldur". AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın məşhur nəşri olan "Hraparak" qəzeti məlumat yayıb.
ABŞ səfiri Lavrovla paralel İrəvan XİN-ə gəlib - VİDEO
Bildirilir ki, ötən gün Ermənistana səfər edən ABŞ dövlət katibinin köməkçisinin müavini Kara Makdonald erməni LGBT icmasının nümayəndələri ilə görüşüb. "Bəzi məlumatlara görə, o, LGBT-çilərin hüquqlarını müdafiə etmək üçün Ermənistan hakimiyyəti ilə birlikdə çalışdıqlarını bildirib. Görüş iştirakçılarından bəziləri hətta amerikalılarla baş tutan bu müzakirələri əks etdirən fotoları da paylaşıblar. Onlar paylaşımlarda səfir Treysiyə dəstəyinə görə təşəkkürlərini bildiriblər”, - məqalədə yazılıb.

Qeyd edək ki, 2018-ci ildə ölkədə məxməri inqilab baş verəndən sonra Ermənistan LGBT üçün ideal məkana çevrilib. Yerli media hətta dövlət strukturlarında, baş nazirin komandasında belə xeyli sayda cinsi azlıq nümayəndəsinin olması barədə dəfələrlə yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Səfir   İrəvan   LGBT  



Xəbər lenti