"2 qırıcı, 5 PUA vurmuşuq" - Rusiyalı general

   "2 qırıcı, 5 PUA vurmuşuq" -    Rusiyalı general
  10 İyun 2022    Oxunub:1589
Son sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus Su-25 hücum təyyarəsi və MiQ-29 qırıcısını, beş Pilotsuz Uçuş Aparatını(PUA) məhv edib. AzVision.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov briffinq zamanı deyib.
O həmçinin qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri Luqansk və Xarkov vilayətində dörd “Toçka-U” raketini, “Uraqan” reaktiv yaylım atəşi sisteminin üç mərmisini məhv edib.

- Gün ərzində Rusiya aviasiyası Ukraynada 150-dən çox hərbçini, həmçinin 6 tankı, 4 artilleriya qurğusunu və Qrad MLRS-nin iki qurğusunu məhv edib, - Konaşenkov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti