Nazir bildirib ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib. O, Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Ali Hərbi Məktəbin də məzunlarının olması bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşması üçün ortaya qoyulmuş əzmkar fəaliyyətin əyani təsdiqi olduğunu vurğulayıb.
V.Eyvazov qələbədən sonrakı dövrdə Daxili Qoşunların şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları ilə birgə xidmət etmələrini də məmnunluqla qeyd edib.
Daxili Qoşunlar üçün yüksək ixtisaslı kadrların hazırlanmasında danılmaz roluna, təmənnasız yardımlarına görə qardaş Türkiyə Respublikasının Jandarma Qüvvələri Baş Komandanlığına, hərbi mütəxəssislərinə təşəkkürünü bildirən nazir V.Eyvazov gənc zabitləri Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


