Zelenski Britaniyanın müdafiə nazirinə məşhur markanı hədiyyə etdi

   Zelenski Britaniyanın müdafiə nazirinə    məşhur markanı hədiyyə etdi
  10 İyun 2022    Oxunub:1263
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə görüşüb. AzVision.az xəbər verir ki, bu barədə o Telegram-da məlumat yayıb.
- Ümumiyyətlə Böyük Britaniyaya, hökumətə, baş nazirə minnətdaram. Biz uzun müddət minnətdar olacağıq. Müharibə bizim əsl dostlarımızın kimlərin olmasının böyük təzahürüdür. Baş nazir Boris Consonla çox tez-tez əlaqə saxlayırıq. Bilirəm ki, nazirlər səviyyəsində də eyni isti təmaslar qurulur, - prezident vurğulayıb.

Zelenski həmçinin Uollesə üzərinə rus "Moskva" kreyserina aid məşhur cümlələr yazılmış çərçivəli poçt markaları da hədiyyə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Zelenski   Nazir  



Xəbər lenti